
آللاهين ان عزيز بندهلري
نهجالبلاغهده چوخ موهوم و فوقالعاده خوطبهلرين بيري -كي آيري كيتابلاردا
دا نقل اولوب - 86-جي خوطبهسيدير كي او خوطبهده او كسلرين علامتلري و نيشانهلرينه
ايشاره اولوب كي قورآنا ايمان گتيرمك، تقوا، صالح عمل و حسنه اخلاقا صاحيب
اولماقلا اعجابانگيز مرتبهلره چاتيبلار.
حضرت اميرالمؤمنين (ع) فرهنگينده بو خوطبهدن سونرا آيري بير شئي اولماسايدي
يئنهده بو خوطبه جماعتين بوتون دونيا و آخيرت ايشلريني ايصلاح ائتمگه كيفايت
ائلردي.
بو خوطبهنين شرحي اؤزونده اولدوغو كيمي و تمام كمال اولسا، حتماً اونلارجا
حجملي علمي، اخلاقي، ايجتيماعي، عيرفاني و معنوي كيتابدان چوخ اولار. بو حسابلا
بيز جوملهلرين ترجومهسي و يا ساده شرحينه قناعت ائديريك، اولسون كي بو خوطبهنين
طريقيايله قورآنا ايمان گتيرمك و اونا عمل ائتمك اثرلرينه آگاه اولاق.
عِبادَ اللّهِ، اِنَّ مِنْ اَحَبِّ
عِبادِ اللّهِ اِلَيْهِ عَبْداً أعانَهُ اللّهُ عَلى نَفْسِهِ،
آللاه درگاهيندا ان ياخشي بنده اودور كي آللاه اونا، نفسينه تسلوط ائتمكده
كؤمك ائده،
ائي آللاهين بندهلري، او حضرتين درگاهيندا ان عزيز بندهلردن او بندهدير كي
آللاه اونون نفسينه (پيسليقلارين علئيهينه) كؤمك ائده.
«أعانَهُ اللّهُ عَلى نَفْسِهِ»دن منظور نهدير؟
حضرت مولىالموحدينين(ع) كلمهلرينه آگاه اولان بعضي شارحلر «أعانَهُ اللّهُ
عَلى نَفْسِهِ»ين توضيحينده يازيبلار: آللاهين، بندهسينه كؤمك ائتمهسي بو
معنايادير كي اونون استعداديندا قودرت يارالدا كي او قودرتين كؤلگهسينده عقليني
امّاره نفسينه غاليب ائتسين. تا ائده بيله قودرتلي عقليايله كي آللاهين كؤمگي و
هيدايتيايله تغذيه اولوب، تزكيه مرحلهسينه ناييل اولا.
«أعانَهُ اللّهُ عَلى نَفْسِهِ» نئجه ايجرا اولار؟
بو عرصهده كي عقل و اونداكي قودرت و فعاليتي مطرحدير، دئمك اولار كي مسألهنين
تحليلي بوندادير كي حق طرفيندن اينسانا گلن كؤمگين تجلّيسي، نفسيني و اؤز اؤزونو
تانيماقدير و اونو، حقّّين تشريعي هيدايتيايله ايصلاح ائتمكدير.
عقلي قورآنلا پيوند وورماق، نفسي تانيماغين ان موهوم عاميلي
عقلي قورآنلا پيوند وورماق. حقيقتلري اونون ملكوتي آيهلريندن آلماق، باعيث
اولار اينسان وارليقداكي اؤز يئرين تانيسين و اؤزونو بو كيتابين آيهلريايله
ايصلاح ائلهسين. بلليدير كي تزكيه (كي اولياءاللهين و خاص بندهلرين ان يوخاري و
اساسي هدفيدير) اؤزو تانيماميش ايمكانسيزدير.
اؤزو تانيماقدا، اؤزو، اولدوغو كيمي تانيماغا لازيم اولان علمي، اله گتيرمهميش،
مومكون دئييل. قورآن، اينسانين نفسي و اونون خاريجيندهكي دونياسي ايله بوتون
رابيطهلريني تانيماغا ان درين و دقيق تانيمالار ايرائه وئريب.
قورآنين عقل، نفس، مسئوليت، تكليفلر، معريفت، دوشونجه، اؤز تانيما، تزكيه و .
. .آيهلري، ائله آيهلرديلر كي اينسانين خاليقي طرفيندن، قارانليق دونيادا ايشيق
منبعي كيمي حقيقتلري اونا گؤرسهدير و يولو، قارانليقلارين ايچيندن اونون اوچون
ايشيقلانديرير.
حقيقتده بو آللاهدير كي قورآنلا اينساني بوتون بويوتلاري ايله تانيتديرير و
اونو وارليقداكي يئيرينه تانيش ائدير. سونرا تزكيه يولونو و اينساني و معنوي
كماللارا چاتماق يولونو اونون قاباغينا قويور. اؤزو تانيماق بو دئييل كي اينسان
اوّلده بير ماهير روانشيناس و يا فيلسوف
اولا و سونرا اينسان اولماغا باشلايا.
موهوم بودور كي اوّلده گرك تعليم و تربيت و تزكيهايله روحون عظمتينه واقيف
اولا و تدريجاً روحون عالي فعاليّتلريايله تانيش اولا و بو اعتيقادا يئتيشه كي
آللاهين روحا وئرديگي استعدادلار و گوجلر قانون و نظم اوزو ايلهدير. بو اينامين
ضرورتي بوردان قايناقلانير كي بصيرتلي اينسان، گؤرنده كي سامان و يا يارپاق كيمي
بير كيچيك وارليق آغاجدان توشمهسينده قانون و نظمدن كنار دئييل، آيا اولا بيلر كي
روح بو گؤز قاماشديران عظمتيايله قانونسوز و نظمسيز اولسون؟
بو ايبتيدايي معاريفين داليسي توتولسا و ايقتيضا ائتديگي عمل خاليصليقلا
يئرينه گتيريلسه، بو زاماندا، عيرفان يولونون ساليكي يولا توشوبدور.
Quran əhli, əmirəlmöminin(ə)
kəlamında
allahın ən əziz qulları
nəhcülbəlağədə çox mühum və fövquladə
xütəbələrin biridir ki ayri kitablarda da nəql olub 86-ci xütəbəsidir ki o
xütbədə o kəslərin əlamətləri və nişanələrinə işarə olub ki qurana iman
gətirmək, təqva, saleh əməl və həsənə əxlaqa sahib olmaqla heyrətamiz
mərtəbələrə çatıblar.
Həzrəti əmirəlmöminin (ə) mədəniyyətində
bu xütbədən başqa ayrı bir şey olmasaydı yenədə bu xütbə cəmatın bütün dünya və
axirət işlərini islah etəməyə kifayət edərdi.
Bu xütbənin şərhi özündə olduğu kimi və tamam kamal olsa,
hətmən onlarca həcmli elmi, əxlaqi, ictimai, irfani və mənəvi kitabdan çox olar.
Bu hesabla biz cümlələrin tərcüməsi və ya sadə şərhinə qənaət edirik, olsun ki
bu xütəbənin təriqi ilə qurana iman gətirmək və ona əməl etmək əsərlərinə agah olaq.
عِبادَ اللّهِ،
اِنَّ مِنْ اَحَبِّ عِبادِ اللّهِ اِلَيْهِ عَبْداً أعانَهُ اللّهُ عَلى نَفْسِهِ،
allah huzurunda ən yaxşı qul odur
ki allah ona, nəfsinə qalib gəlməkdə yardım edə,
ey allahin qulları, o həzrtin huzurunda
ən əziz qullardan o quldur ki allah onun nəfsinə (pisliklərə qarşı) kömək edə.
«أعانَهُ اللّهُ عَلى نَفْسِهِ» dən mənzur nədir?
Həzrət moləlmüvəhhidinin(ə) kəlməlrinə
agah olan bəzi şarihlər «أعانَهُ
اللّهُ عَلى نَفْسِهِ» in izahında yazıblar: allahın, quluna yardım
etməsi bu mənayadır ki onun istedadında güc yaralda ki o gücün kölgəsində ağlını
əmmarə nəfəsinə qalib etsin. Ta edə bilə qüdərtli ağlilə ki allahin yardımı və
hidaytilə bəslənir olub, təzkiyə mərhələsinə nail ola.
«أعانَهُ اللّهُ عَلى نَفْسِهِ» necə icra olar?
Bu sahədə ki ağıll və ondaki güc və
fəaliyyəti mətrəhdır, demək olar ki məsələnin təhlili bundadır ki həqq
tərəfindən insana gələn yardımın təcəllisi, nəfsini və öz özünü tanımaqdır və onu,
həqqin təşrii hidayətilə islah etməkdir.
ağılı qurana bağlamaq , nəfsi
tanımağın ən mühum amili
ağılı qurana bağlamaq. Həqiqətləri onun
mələkuti ayələrindən almaq, buna səbəb olar ki insan varlıqdakı öz yerin
tanısın və özünü bu kitabın ayələrilə islah etsin. Bəllidir ki təzkirə (ki ovlüyaollahın
və xas qullarin ən yuxarı və əsas məqsədidir) öz özünü tanımamış imkansızdır.
Özü tanımaqda, özü, olduğu kimi
tanımağa lazim olan elmi, ələ gətirməmiş, mümkün deyil. Quran, insanın nəfsi və
onun xaricindəki dünyası ilə bütün rabitələrini tanımağa ən dərin və dəqiq
tanımalar sunub.
Quranın ağıl, nəfs, cəvabdehlıq,
təkliflər, mərifət, düşüncə, öz tanıma, təzəkiyə və . . . Ayələri, elə
ayəlrdilər ki insanın xaliqi tərəfindən, qaranlıq dünyada işıq qaynağı kimi
həqiqətləri ona göstərir və yolu, qaranlıqların içındən onun üçün işıqlandırır.
Həqiqətdə bu tanrıdır ki quranla
insanı bütün boyutları ilə tanıtdırır və onu varlıqdakı yerinə tanış edir. Sonra təzkiyə yolunu və insani və
mənəvi kamallara çatmaq yolunu onun önünə qoyur. Özü tanımaq bu deyil ki insan
bir peşəkar psixolq və ya filəsuf ola və sonra insan olmağa başlaya.
Mühum budur ki gərək təlim və tərbiyət
və təzkiyə ilə ruhun əzəmətinə vaqif ola və tədricən ruhun ali fəaliyyətlərilə tanış ola və bu inama
yetişə ki tanrının ruha verdiyi estedadlar və güclər qanun və intizam üzü
ilədir. Bu inamın zərürəti burdan qaynaqlanır ki bəsirtli insan, görəndə ki
saman və ya yarpaq kimi bir kiçik varlıq ağacdan tüşəməsində qanun və inatizamdan
kənar deyil, necə ola bilər ki ruh, bu göz qamaşdıran əzmti ilə qanunsuz və intizamsız
olsun?
Bu ibtidai məarifin dalısı tutulsa və iqtiza etdiyi əməl xalisliklə
yerinə gətirilsə, bu zamanda, irfan yolunun yolçusu yola tuşubdur.