نهنگ و کؤپکبالیغی(کوسه) اتی حلالدیر, یوخسا حرام؟*balina və köpəkbalığı(küsə) əti həlaldır, yoxsa hə

سو حیوانلارینین یئمکلری, شرع باخیمیندان نئجهدیر؟
موجتهیدلرین نظریجه ایسلام احکامیندا بوتون سودا یاشایان و یا هم سودا و هم قورودا یاشایان حیوانلارین اتی حرامدیر, ایکی موریددن سونرا: (یعنی فقط بو موریدلرین اتی حلالدیر)
1. پولکلری اولان بالیقلار
2. مئیگو (سو چکیرتگهسی)
1. پولکلی بالیقلار:
سو حیوانینین حلال اولماسی اوچون ایکی شرط لازیمدیر: 1. گؤرونوشو و ظاهیری بالیغا بنزهسین. 2. طبیعی اولاراق بدنینده پولک اولسون.
بئلهلیکله بیر سو حیوانینین ظاهیری بالیق کیمی اولماسا یئمگی شرعاً حرامدیر؛ مثلاً: سککیز آیاق (اوختاپوس) بیرده ظاهیری بالیق کیمی اولا آما پولکی اولمایا یئنهده یئمگی شرعاً حرامدیر؛ مثلاً کؤپک بالیغی (کوسه) و دولفین.
هاردان بیلک کی بیر بالیغین پولکی وار؟
بیر بالیغین پولکی اولوب اولماماسینین تشخیصی, شخصین اؤزونه قالیب. یعنی باخیب گؤرسهکی پولکی وار یئمگی حلالدیر. آما یاخشی اولار کی شکّلی موریدلرده باشی چیخان آدامدان سوروشسون. یعنی بیر باشی چیخان آدام دئسهکی فیلان بالیغین پولکی وار, او بالیغین یئمگی حلالدیر.
حتّی اگر شخص بالیغین اوستونده پولک گؤرمهسه, آما باشی چیخانلار دئیهلر کی او جور بالیغین پولکی وار, یئنهده او بالیغین یئمگی حلالدیر.
2. میگو
سو حیوانلاریندا میگولاریندا اتی حلالدیر.
دیقّت یئتیرمک لازیمدیر کی شاه میگو یا لابستر و بونا تای حیوانلار کی خرچنگ کیمی, ایکی انبیره بنزر قوللاری وار, میگو دئییللر و اتلری حرامدیر. اونلار بیر جور خرچنگدیلر.
پس بونلارین و چوخلو آیری سو حیوانلارین اتی حرامدیر: خرچنگلر, کؤپک بالیغی (کوسه), صدف, سککیز آیاق (اوختاپوس), دولفین, نهنگ, تیمساح .
بو نظرلر آیتالله سیستانی و ساییر موجتهیدلرین سایتلاریندان یازیلیب.
balina və köpəkbalığı əti həlaldır, yoxsa həram?
əvvəlki yazılarmı köçürmənlə yazmışdım amma bu yazını diqqətli yazdım.
Umarım faydalı olar.
Su heyvanlarının yeməkləri, şəri baxımdan necədir?Müctəhidlərin nəzəricə islam əhkamında bütün suda yaşayan və ya həm suda və həm quruda yaşayan heyvanların əti həramdır, iki növdən sonra: (yəni yalnız bu növlərin əti həlaldır)
1. Pullu balıqlar
2. karides (su çəkirtəgəsi)
1. Pullu balıqlar:
su heyvanlarının həlal olması üçün iki şərt lazimdir: 1. Görünüşü və zahiri balığa bənzəsin. 2. Təbii olaraq bədənində pul olsun.
Beləliklə bir su heyvanının zahiri balıq kimi olmasa yeməyi şər’ən həramdır; məsələn: səkkiz ayaq (oxtapus) birdə zahiri balıq kimi ola ama pullu olmaya yenədə yeməyi şər’ən həramdır; məsələn köpək balığı və dolfina.
Hardan bılk ki bir balığın pulkı var?
Bir balığın pullu olub olmamasının təşəxisi, şəxsin özünə qalıb. Yəni baxıb görsəki pulu var yeməyi həlaldır. Amma yaxşı olar ki şübhəli yerlərdə başı çıxan adamdan soruşsun. Yəni bir başı çıxan adam desə ki filan balığın pull var, o balığın yeməyi həlaldır.
Hətta əgər şəxs balığın üstündə pul görməsə belə, amma başı çıxanlar deyələr ki o cür balığın pulu var, yenədə o balığın yeməyi həlaldır.
2. karides
su heyvanlarında karideslərinda əti həlaldır.
Diqqət yetirmək lazımdır ki şah karides ya labister və buna tay heyvanlar ki xərçək kimi, iki ənbirə bənzər qolları var, karides deyillər və ətlri həramdır. onlar bir cür xərçəkdilər.
Pəs bunların və çoxlu ayrı su heyvanların əti həramdır: xərçəklər, köpək balığı, sədəf, səkkiz ayaq (oxtapus), dolfina, balina, timsah və . . ..
Bu nəzərlər ayətullah Sistani və sair müctəhidlərin saytlarından yazılıb.
بو وبلاگدا دين و مختلف موضوعلاردا ال يازيلاريم و عرب دیلیندن چئویردیگیم یازیلار اولاجاق.