اوشاقلیق خاطیرهلری Uşaqlıq xatirələri

چوخ آز آدام ائلیه بیلر یاشاییشین ایلکین ایللرین یادینا سالسین. چون بو زامان هله بئیینین او گوجو یوخدور کی بیلگیلری عصبی مودئللری کیمی -کی همان خاطیرهلر اولور- ساخلاسین.
دونن ایتیب
اوشاقلار بیلگیلری, معنایی حافیظهده ساخلارلار, بونا گؤره هر نه کی احتیاجلاری وار, مثلاً آتا و آنانی تانیماغی لحظهده یادلارینا سالارلار.
ایکی یاشدان دؤرد یاشا قدر اوشاقلاردا حادیثه حافیظهسی فعّاللاشار. بو حافیظهنین وظیفهسی بودور کی بیر حادیثهنین جوزئیّاتین ثبت ائلهسین. بو خاطیرهلر بئیینین سطحی قابیغیندا یا همان کورتئکسده ساخلانیلیر.
گؤرمه کورتئکسی بئیینین دالی طرفینده و ائشیتمه کورتئکسی بئیینین ایکی طرفینده یئرلهشیب و بو بؤلوملرین هامیسی هیپوکامپ وسیلهسی ایله بیر-بیرلرینه باغلانیرلار.
حقیقتده هیپوکامپ بو بؤلوملرین هر بیریندن گلن بیلگیلری بیر-بیرینین کنارینا قویماقلا, بئیینده عصبی مودئلی ثبت ائلیر کی اونون هر بیر بؤلومونده بیر خاطیره ثبت اولوب.
ایکی یاشدان قاباغا قدر هیپوکامپین گوجو چاتماز کی بئیین کورتئکسینین موختلیف بؤلوملریندن گلن بیلگیلری بیر-بیرینه باغلاسین. بونا گؤره بو یاشداکی حادیثهلری یادا سالماق اولماز.
ایکی یاشدان دؤرد یاشا قدر هیپوکامپ فعّال اولار و یاواش-یاواش اوشاق, ائلیه بیلر بیلگیلری عصبی مودئللر کیمی بئیینینده ثبت ائلهسین.
اوشاق, اطرافینداکی دونیانی و ایلکین مفهوملاری اؤرگهشن زامان, داها چوخ معنایی حافیظهدن ایستیفاده ائلیر و بونا گؤره حادیثه حافیظهسی بوروشوق و غیری فعال اولور.
یاشاییشین ایلک ایللرینده هدف, معنایی بیلگیلری اله گتیرمکدیر و بونا گؤره حادیثه حافیظهسیندن ایستیفاده ائلهمگه ضرورت یوخدور. و بونو دا بیلمهلیییک کی معنایی و حادیثه حافیظهسیندن عئینی زاماندا ایستیفاده ائلهمک, اونلارا اثر قویار.
موحقیقلرین چوخو بئله اینانیر کی اوشاقلیقداکی یاددان چیخارتما, باعیث اولار کی اونلار بؤیوگندن سونرا, اوشاقلیق خاطیرهلرینی یادا سالا بیلمیهسیز.
حقیقتده بئله نظره گلیر کی زامان کئچدیکجه اوشاقلیق خاطیرهلرینی یاددان چیخاردیریق. بو نظریه اساسیندا بیز اینسانلار یاشیمیز آرتدیقجا دؤرد یاشدان آشاغیداکی خاطیرهلری یاددان چیخاردیریق و بو دؤرهدن تکجه نئچه ثابیت خاطیره ذهنیمیزده قالیر و بو کشف نیشان وئریر کی اوشاقلیق خاطیرهلرین جینسی, حادیثه حافیظهسی جینسیندن دئییل و بو باعیث اولور بو خاطیرهلردن, ذهنده هئچ بیر عصبی مودئل قالماسین.
Çox az adam eliə bılr yaşayışın ilkın illərin yadına salsın. Çun bu zaman hələ beyinin o gucu yoxdur ki bılgıləri əsəbi müdelləri kimi -ki həman xatirələr olur- saxlasın.
Dunn itıb
uşaqlar bılgıləri, mənayı hafizədə saxlarlar, buna görə hər nə ki ehtiyacları var, məsələn ata və ananı tanımağı ləhəzədə yadlarına salarlar.
İkı yaşdan dörd yaşa qədər uşaqlarda hadisə hafizəsi fəəallaşar. Bu hafizənin vəzifəsi budur ki bir hadisənin cüzeyyatin səbət eləsin. Bu xatirələr beyinin sətəhi qabığında ya həman kürtekəsdə saxlanılır.
Görmə kürtekəsi beyinin dalı tərəfində və eşitəmə kürtekəsi beyinin ikı tərəfində yerləşib və bu bölümlərin hamısı hıpukamp vəsiləsi ilə bir-birlərinə bağlanırlar.
Həqiqətdə hıpukamp bu bölümlərin hər birindən gələn bılgıləri bir-bırının kənarına quymaqla, beyində əsəbi müdeli səbət elir ki unun hər bir bölümündə bir xatirə səbət ulub.
İkı yaşdan qabağa qədər hıpukampın gucu çatmaz ki beyin kürtekəsinin müxətəlif bölümlərindən gələn bılgıləri bir-birinə bağlasın. Buna görə bu yaşdakı hadisələri yada salmaq ulmaz.
İkı yaşdan dörd yaşa qədər hıpukamp fəəal ular və yavaş-yavaş uşaq, eliə bılr bılgıləri əsəbi müdellər kimi beyinində səbət eləsin.
Uşaq, ətrafındakı dunyanı və ilkın məfəhümları örgəşən zaman, daha çox mənayı hafizədən istıfadə elir və buna görə hadisə hafizəsi buruşuq və ğırı fəal olur.
Yaşayışın ilk illərində hədəf, mənayı bılgıləri ələ gətirməkdir və buna görə hadisə hafizəsindən istıfadə eləməgə zərürt yoxdur. Və bunu da bılməlıyık ki mənayı və hadisə hafizəsindən eyəni zamanda istıfadə eləmək, unlara əsər quyar.
Mühəqiqlərin çoxu belə inanır ki uşaqlıqdakı yaddan çıxartma, baıs ular ki unlar böyügəndən sonra, uşaqlıq xatirələrini yada sala bilmiəsiz.
Həqiqətdə belə nəzərə gəlir ki zaman keçədikcə uşaqlıq xatirələrini yaddan çıxardırıq. Bu nəzəriə əsasında biz insanlar yaşımız artdıqca dörd yaşdan aşağıdakı xatirələri yaddan çıxardırıq və bu dörədən təkəcə neçə sabıt xatirə zəhənimizdə qalır və bu kəşəf nışan verir ki uşaqlıq xatirələrin cınsı, hadisə hafizəsi cınsındən deyil və bu baıs olur bu xatirələrdən, zəhəndə heç bir əsəbi müdel qalmasın.
بو وبلاگدا دين و مختلف موضوعلاردا ال يازيلاريم و عرب دیلیندن چئویردیگیم یازیلار اولاجاق.