قدیمی‌ترین ابزار موسیقی باقدمت 43 هزار سال


موحقيقلر بير آلت تاپيبلار كي 43 مين ايل قيدمتله دونيانين ان قديم موسيقي آلتي تانينير.

قوش سوموگو و فيل ديشندن دوزلميش بو فلوتلار آلمانين جنوبوندا بير كؤهولدن تاپيليبلار. همن كؤهول كي اوروپانين حرفه و صنعتينه مربوط ايلكين نيشانه‌لري اؤزونده ساخلايير.

عاليملر كربون طريقي ايله عؤمرو موشخص ائتمك يولو ايله بيليبلر كي بو فلوتلارين 42-43 مين ايل قيدمتلري وار.

«تام هايام» باشليغي‌ايله «آكسفورد» دانيشگاهيندان بير تحقيق گروهي بيليبلر كي فلوت تاپيلان لايه‌ده‌كي حيوان سوموكلري‌نين تاريخي، فلوتلارلا بيردير.

«توبينگن» دانيشگاهيندان اولان «نيك كونارد» كي قازينتي زاماني و آلمان فلوتلاري‌نين تاپيلان زاماني حاضيريدي، دئدي: بو نتيجه‌لر بيزيم نئچه ايل اوّل مطرح ائله‌ديغيميز فرضيه‌ني مؤحكمله‌دير. بيز اينانيريق كي دانوب چايي 40-45 مين ايل قاباق اوروپا مركزينده اينساني حركتلر و تكنولوژي يئنيليكلر اوچون موهوم بير مقصددير.

«گایسن کلوسترله» كؤهولو منطقه‌ده‌كي نئچه كؤهولون بيريدير كي اينديه‌ قدر اوندان اينساني بزك اشيالاري، رمزلي تصويري و تمثيلي هونرلر و موسيقي آلتلري تاپيليب.

ايش‌بيلنلر اينانيرلار كي بو موسيقي آلتلري ديني مراسيملرده چالينارميش.

موحقيقلرين بير عيدّه‌سي بئله ايستيدلال ائديرلر كي موسيقي اينسانلارين او جمعي رفتارلارينداندير كي اونلارا كؤمك ائديب كؤهولده ياشاماقدان قورتولالار، بير ياشاييش كي 30 مين ايل قاباق اوروپانين چوخ قيسمتلرينده آرادان گئديب.

موحقيقلر بوندان قاباق موفّق اولموشدولار 35 مين ايل قاباغا مربوط اولان بير قديمي فلوتون بوتون اجزاسيني، آلمانين جنوب غربينده "هول فلس" كؤهولوندن تاپسينلار، كي تاپيلاندان سونرا اونو ان قديمي موسيقي آلتي بيلديرديلر.

هابئله اوندان اوّل بير آيري فلوت تاپميشديلار كي اونون قيدمتي 34 مين ايل‌ايدي. آلمانلي باستان‌شيناسلاري دئديگينه گؤره، بو تازا فلوتون تاپيلماسي‌نين چوخ اهميّتي وار مخصوصاً دوزلديگي مادّه‌يه گؤره، چونكي اونون دوزلتمگينده بوروشوق تكنولوژي‌ ايشله‌نيب و مهارتلي اله احتياجي واريدي.

موحقيقلر دئييرلر كي «گایسن کلوسترله» كؤهولندن تاپيلان بو نمونه‌لرين تاريخي گؤرسه‌دير كي مودئرن اينسانلار بوزلاق دؤوروندن اوّل تقريباً 39-40 مين ايل بوندان اوّل، دانوب چايي‌نين شومال بؤلومونه واريد اولوبلار.


Mühəqqiqlər bir alət tapıblar ki 43 min il qidəmətlə dunyanın ən qədim musiqi altı tanınır.

Quş sumugu və fıl dişəndən düzəlmiş bu fəlütlar almanın cənubunda bir köhüldən tapılıblar. Həmən köhül ki urupanın hərfə və sənətinə mərbüt ilkın nişanələri özündə saxlayır.
Alımlər kərbün təriqi ilə ömərü müşəxəs etmək yolu ilə bılıblər ki bu fəlütların 42-43 min il qidəmətləri var.
«Tam hayam» başlığıaylə «aksfurd» danişgaəindan bir təhqiq gərühi bılıblər ki fəlüt tapılan layədəki hıvan sümükəlrinin tarixi, fəlütlarla birdir.
«Tübingən» danişgaəindan olan «nık kunard» ki qazıntı zamanı və alman fəlutlarının tapılan zamanı hazırıdı, dedi: bu nəticələr bizim neçə il ol mətərh elədiğimiz fərziəni möhəkəmələdir. Biz inanırıq ki danub çayı 40-45 min il qabaq urupa mərkəzində insanı hərkətlər və təkənülüji yeniliklər üçün muhum bir məqsəddir.
«Gaysn kəlüstərlə» köhülü məntəqədəki neçə köhülün biridir ki indiə qədər undan insanı bəzək əşyaları, rəməzli təsviri və təməsili hünərlər və musiqi altləri tapılıb.
İşbılnlər inanırlar ki bu musiqi altləri dini mərasımlərdə çalınarmış.
Mühəqiqlərin bir iddəsi belə istıdlal edirlər ki musiqi insanların o cəmi rəftarlarındandır ki unlara kömək edib köhüldə yaşamaqdan qurtulalar, bir yaşayış ki 30 min il qabaq urupanın çox qismətlərində aradan gedib.
Mühəqiqlər bundan qabaq muffq ulmüşədülar 35 min il qabağa mərbüt olan bir qədimi fəlütün bütün əczasını, almanın cənub qərbində "hul fəls" köhülündən tapsınlar, ki tapılandan sonra unu ən qədimi musiqi altı bıldırdılər.
Habelə undan ol bir ayrı fəlüt tapmışdılar ki unun qidəməti 34 min ilaydı. Almanlı bastanşınasları dediginə görə, bu taza fəlütün tapılmasının çox əhəmmiyyəti var məxəsüsən düzəldigi maddəyə görə, çünki unun düzəltəməgində buruşuq təkənülüji işələnib və məhartlı ələ ehtiyaci varıdı.
Mühəqiqlər deyirlər ki «gaysn kəlüstərlə» köhülndən tapılan bu nəmünələrin tarixi görsədir ki müdern insanlar buzlaq dövründən ol təqəribən 39-40 min il bundan ol, danub çayının şumal bölümünə varıd ulublar.