يالانچي عيرفانلار كاميل دئييل‌لر، چونكي اينسانين اساسي نيازلارينا دقيق و كاميل صورتده جواب وئره بيلميرلر.

اينسان معنوي بوعدلارا جيدّي احتياجلارينا گؤره ايستير كي ياشاييشيندا معنوياتا بير يول تاپسين. بو بير فيطري ايستكدير و دين و مذهبه ربطي يوخدور. يعني اينسانلار فيطرتلرينه گؤره معنويّته چكيليرلر.

ايستاندارد يول كي دين بو زمينه‌ده تانيتديريب، دينه دايانان عيرفاندير. آما بو عيرفاني تانيمايانلار و ديندن اوزاق اولانلار آلتئرناتيو يوللار آختاريرلار. بونا گؤره كئچميشدن اينديه قدر يالانچي عيرفانلارين بازاري كي همان طبيعي و عادي ياشاييشدا معنويته ال تاپماقدير، ايستي اولوب.

هئچ وقت بو توكانلارين كاسادليغينا شاهيد اولماياجاييق. چون كي اينسانلارين فيطري و طبيعي احتياجلاريدير كي ياشاييشلاري‌نين اوزونه معنويت قاپيسي آچيلسين. ديني تانيان اينسانلار طبيعتاً ريشه‌سي ديني اولان عيرفانلارين داليسيجا گئدرلر. بو ايمكانلاري اولمايانلار دا مجبوردولار اللرينده اولانلاردان ايستيفاده ائت‌سينلر كي همان يالانچي عيرفانلاردير. چونكي بو عيرفانلار اينسانين اساسي نيازلارينا دقيق و كاميل صورتده جواب وئره بيلميرلر.

غيري ايلاهي عيرفانلارين هئچ بيري اينسانين ياشاييشيندا حقيقي معنويّتي يارالدا بيلمه‌ييب. هميشه بو بازار رونقلي اولوب و ان موهوم ضرري اينسان معنويتي‌نين بوش قالماسي اولوب. يعني بو عيرفانلار اينسانين سوسوزلوغونا قانيق وئرمير، بو عيرفانلارا گيريشن اينسان سوسوز آداما بنزير كي دريا سويو ايچير آما بو سو اونو دويورمور، او قدر ايدامه وئرير كي اونون اؤلومونه سبب اولور. يالانچي عيرفانلار اينسانين معنويّت سوسوزلوغونو دويورماق يئرينه شور سو ايچيرديرلر و اونو اؤلدورورلر.

يالانچي عيرفانلارلا موباريزه يولو تكجه ايلاهي و ديني عيرفانلارديلار. ايلاهي عيرفان جماعتين ياشاييشيندا جاري اولسا معصوملارين ياشاييشي اساسيندا كي عيرفان جاميعه‌ده پياده اولار. او دا جماعتين ياشاييشي‌نين بير بؤلومو كيمي نه فوق‌العاده بير برنامه كيمي.

معصوملار بشرين معنويته اولان احتياجينا واقيف‌ايديلر و عيرفان ياشاييشلاري‌نين آيريلماز بؤلومو ايدي. بونا گؤره معصوملاردان بئله بير ياشاييش طرزيني گؤتوره‌نه آيري عيرفان داليسي‌جا گئتمگه احتياج يوخدور، چون حقيقي عيرفان ياشاييشدان آيري دئييل. بو عيرفانا ال تاپيب درك ائدنلر اؤز ياشاييشلاريندا و عاييله‌سي و دوستلاري ايله رابيطه‌ده و تك به تك بيولوژيك رفتارلاريندا اونو رعايت ائلرلر و بو زمينه‌لرده موفّقديلر. بيري بو عيرفانا چاتيب اونو ياشاييش طرزينه چئويرسه بوتون اينحيرافي قاپيلار اوزونه باغلانار چونكي بو عيرفان ان دقيق و عين حالدا ان ساده عملي عيرفاندير.

 

Yalançı irfanlar kamil deyillər, çünki insanın əsas tələblərinə dəqiq və kamil formada cəvab verə bilmirlər.

İnsan mənəvi boyulara ciddi ehtiyaclarına görə istir ki yaşayışında mənviyyata bir yol tapsın. Bu bir fitri istəkdir ki din və məzhəbə rəbəti yoxdur. Yəni insanlar fitərtəlrinə görə mənviyyata çəkilirlər.

İstandart yol ki din bu zəminədə tanıtdırıb, dinə dayanan irfandır. Ama bu irfanı tanımayanlar və dindən uzaq olanlar alternativ yollar axtarırlar. Buna görə keçmişdən indiyə qədər yalançı irfanların bazarı ki həmən təbii və normaı yaşayışda mənviyyata əl tapmaqdır, isti ulub.

Heç vaxt bu tukanların kasadlığına şahid olmayacayıq. Çun ki insanların fitri və təbii ehtiyaclarıdir ki yaşayışlarının üzünə mənviyyata qapısı açılsın. Dini tanıyan insanlar, təbiətən rişəsi dini olan irfanların dalısıca gedərlər. Bu imkanları olmayanlar da məcəburdular əllərində olanlardan istifadə etsinlər ki həmən yalançı irfanlardır. Çünki bu irfanlar insanın əsas tələblərinə dəqiq və kamil formada cəvab verə bilmirlər.

Qeyri- ilahi irfanların heç biri insanın yaşayışında həqiqi mənviyyat yaralda bilməyıb. Həmişə bu bazar ronəqli olub və ən mühum zərəri insan mənviyyatının boş qalması olub. Yəni bu irfanlar insanın susuzluğuna qanıq vermir, bu irfanlara girişən insan susuz adama bənzir ki dəniz suyu içir amma bu su onu doyurmur, o qədər dəvam edir ki onun ölümünə səbəb olur. Yalançı irfanlar insanın mənviyyat susuzluğunu doyurmaq yerinə şor su içirdirlər və onu öldürürlər.

Yalançı irfanlarla mübarizə yolu təkcə ilahi və dini irfanlardır. İlahi irfan cəmaatın yaşayışında cari olsa məsumların yaşayışı əsasında ki irfan ictimaiyyətdə yola düşər. O da kütlənin yaşayışının bir bölümü kimi nə fövquladə bir proqram kimi.

Məsumlar bəşərin mənviyyata olan ehtiyacına vaqifiydilər və irfan yaşayışlarının ayrılmaz bölümü idi. Buna görə məsumlardan belə bir yaşayış tərzini götürənlərə, ayrı irfanın dalısıca getəməyə ehtiyaci yoxdur, çun həqiqi irfan yaşayışdan ayrı deyil. Bu irfana əl tapıb dərk edənlər öz yaşayışlarında və ayiləsi və dostları ilə əlaqədə və bir bə bir biyolojik rəftarlarında onu rəayət edərlər və bu zəminələrdə müvəffqədilər. Birisi bu irfana çatıb onu yaşayış tərzinə çevirsə bütün inhirafi qapılar üzünə bağlanar çünki bu irfan ən dəqiq və eyni halda ən sadə əməli irfandır.